top
Səhiyyə naziri “Dəyişən iqlim şəraitində dayanıqlığın artırılması: Sağlam gələcəyin təmin edilməsi üçün Azərbaycanın “Vahid Sağlamlıq” yanaşması” mövzusunda keçirilən tədbirdə çıxış edib
19 noyabr 2024, 05:49
- ↺ +

Səhiyyə naziri “Dəyişən iqlim şəraitində dayanıqlığın artırılması: Sağlam gələcəyin təmin edilməsi üçün Azərbaycanın “Vahid Sağlamlıq” yanaşması” mövzusunda keçirilən tədbirdə çıxış edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dəyişən iqlim şəraitində dayanıqlığın artırılması: Sağlam gələcəyin təmin edilməsi üçün Azərbaycanın “Vahid Sağlamlıq” yanaşması” mövzusunda tədbir keçirilib. Tədbir Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə təşkilatçılığı ilə baş tutub.

İnsanoid.com Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev qeyd edib ki, dəyişən iqlim şəraitində davamlılığın artırılması iqlimlə bağlı problemlərə hazırlıq və bərpa qabiliyyətinin artırılmasını tələb edir:

“İqlim dəyişikliyi ilə bağlı sağlamlıq problemlərini vaxtında və effektiv şəkildə həll etmək üçün çoxsahəli milli strategiyalar hazırlanmalıdır. Bu strategiyalar əhalinin sağlamlığının qorunmasına, səhiyyə sistemlərinin uyğunlaşmasının təmin edilməsinə və bununla bağlı risklərin minimuma endirilməsinə yönəldilməlidir”.

Nazirin sözlərinə görə, xəstəliklərin baş verməsini proqnozlaşdırmaq üçün erkən xəbərdarlıq sistemlərinin inkişafı və davamlı səhiyyə sistemlərinin qurulması iqlim dəyişikliyinin təsirlərini minimuma endirilməsi mühüm əhəmiyyət kəsb edir: “İqlimlə bağlı xəstəliklərin potensial yayılmasının qarşısını almaq məqsədilə gücləndirilmiş nəzarət proqramları da vacibdir”.



a person standing at a podium

a group of people sitting in chairs


“Vahid Sağlamlıq” yanaşmasının əhəmiyyəti insanların, heyvanların və ekosistemlərin sağlamlığına diqqət yetirməklə, fərdi fənləri aşan qlobal sağlamlıq problemlərinin həllində olduğu bildirilib: “Yeni yaranan yoluxucu xəstəliklər, antimikroblara qarşı müqavimət, qida təhlükəsizliyi, ətraf mühitin sağlamlığı və biomüxtəlifliyin qorunması kimi əsas məsələlər bu vahid yanaşmanın tətbiqinin vacibliyini göstərir”.

Nazir Azərbaycanın çoxsahəli əməkdaşlıq, siyasət, təcrübə və təhsil yolu ilə “Vahid Sağlamlıq” Konsepsiyasının həyata keçirilməsində mühüm irəliləyişlərin əldə etdiyini vurğulayıb: “Beynəlxalq tibbi-sanitariya qaydaları çərçivəsində bu istiqamətdə atılan mühüm addımlardan biri də 19 texniki sahəni əhatə edən Birgə Xarici Qiymətləndirmədir. 2023-cü ilin may ayında yerli və sektorlararası beynəlxalq ekspertlərdən ibarət qiymətləndirmə qrupunun iştirak etdiyi məsləhətləşmə prosesi vasitəsilə Azərbaycanın imkanları insan sağlamlığı sektoru da daxil olmaqla 19 istiqamətdə yoxlanılıb. Birgə müzakirələr və ərazilərə səfərlər nəticəsində Beynəlxalq tibbi-sanitariya qaydalarının, “Vahid Sağlamlıq” Konsepsiyasının tətbiqinin təkmilləşdirilməsinə və Azərbaycan səhiyyə sisteminin fövqəladə hallar zamanı dayanıqlığının gücləndirilməsinə yönələn bütün texniki istiqamətlər üzrə qiymətləndirmələrinə dair prioritet addımlar müəyyən edilib”.

“Səhiyyə Nazirliyi milli fəaliyyətlərin səmərəli əlaqələndirilməsini və dəstəklənməsini təmin etmək məqsədilə digər dövlət və qeyri-hökumət sektoruna aid olan maraqlı tərəflər, eləcə də beynəlxalq təşkilatlarla fəal qarşılıqlı əməkdaşlıq edir. Görünməmiş ekoloji problemlər qarşısında “Vahid Sağlamlıq” yanaşması indi həmişəkindən daha aktualdır. Konsepsiya insan, heyvan və ətraf mühitin sağlamlığının qarşılıqlı əlaqəsini tanıyır. Bu da iqlim dəyişikliyinin həyatımızın hər aspektinə - biomüxtəliflikdən başlayaraq ərzaq təhlükəsizliyi və sağlamlığa təsir edən kompleks yanaşmanı nəzərdən keçirərkən xüsusilə vacibdir. “Vahid Sağlamlıq” yanaşmasının qəbulu sağlamlıq problemlərinə davamlı, əsaslı yanaşmanı təmin edir, eyni zamanda gələcək qlobal təhdidlərə qarşı dayanıqlılığı təşviq edir”, - deyə Azərbaycan Respublikasının səhiyyə naziri fikrini tamamlayıb.



a group of people sitting in a room

a group of people sitting in chairs


Öz çıxışlarında kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov, AQTA-nın sədri Qoşqar Təhməzli və Agentliyin sədr müavini Zəkiyyə Mustafayeva, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və digərləri COP29-un əhəmiyyətini vurğulayaraq, qlobal səhiyyə ictimaiyyəti iqlim dəyişikliyinin təsirlərinə cavab və qlobal sağlamlıq təhlükəsizliyinin yaxşılaşdırılmasına töhfə verməkdə mühüm rol oynadığını qeyd ediblər. İqlim dəyişikliyinin insan həyatının müxtəlif aspektlərinə təsir etməsinin və dövrümüzün ən aktual problemlərindən biri olduğu diqqətə çatdırılıb. İqlim dəyişikliyi ekosistemlərə və hava şəraitinə birbaşa təsirindən əlavə, insan sağlamlığı üçün də geniş nəticələrə malikdir. Həmçin, iqlim dəyişməsinin təsirlərini yumşaltmaq məqsədilə innovasiyalardan, o cümlədən qabaqcıl modelləşdirmə, simulyasiya və süni intellektdən istifadənin məqsədəuyğun olduğu bildirilib.



a person giving a presentation

graphical user interface, website

a person giving a speech

a group of people in a room

a group of people sitting in a room with large screens

a group of people sitting in a room with a person standing at a podium

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Oxşar xəbərlər