ABŞ-də “Spirit Airlines” şirkətinə məxsus təyyarədə qeyri-adi bir hadisə yaşanıb.
“NewYork Post” nəşri xəbər verir ki, Dallasdan Los-Ancelesə uçan sərnişinlər baqaj rəflərində iri siçanın qaçdığını görüblər. Təyyarənin ekipajına xəbər versələr də, pilotlar bunun təyyarəni təcili yerə endirmək üçün kifayət etmədiyini bildiriblər.
![]()
Nəticədə, siçan sərnişinlərlə birlikdə üç saatlıq uçuşu tamamlayaraq Los-Ancelesə çatıb. Uçuşdan sonra təyyarə dərhal dezinfeksiya edilib. “Spirit Airlines” nümayəndələri isə bu kimi halların təkrarlanmayacağını vəd ediblər.
[playlist type="video" ids="200750"]