Tovuzda yanğın hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Tovuz rayonunun Qovlar şəhərində, Cavad Xan küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Hadisə yerinə FHN-in yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.