ABŞ immiqrasiya agentliyi deportasiya ilə üzləşən bir milyon yarıma yaxın miqrantın siyahısını dərc edib.
İnsanoid.com xarici KİV-ə istinadən bildirir ki, onların arasında Azərbaycan vətəndaşları da var.
Siyahıya digərləri ilə yanaşı, 709 azərbaycanlı, 3 103 Türkiyə vətəndaşı, 3 518 rus, 2808 erməni və 1 862 ukraynalı daxildir.
Türkiyə vətəndaşları tərəfindən Meksika-Amerika sərhədini qeyri-qanuni keçmə hallarının artması 2022-ci ildə baş verib və o zaman Ştatların News Nation televiziya kanalı tərəfindən işıqlandırılıb.
Eyni zamanda, öz ölkələrinə geri göndərilməsi planlaşdırılan miqrantların ən çoxu Latın Amerikası ölkələrinin – Honduras, Qvatemala, Meksika və El Salvador vətəndaşlarıdır. Siyahıya həmçinin 37 908 Çin vətəndaşı və 17 940 Hindistan vətəndaşı daxil edilib.