“Azərbaycanla Türkiyə arasında nəqliyyat sahəsində ən böyük layihə Zəngəzur dəhlizidir”.
İnsanoid.com xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
“Azərbaycan tərəfi ilə bu məsələ ilə bağlı sürətli şəkildə danışıqlara və işlərə davam edirik. Dəhlizin Ermənistandan və ya İrandan keçəcəyinə azərbaycanlı qardaşlarımız qərar verəcək. Bu dəhliz Naxçıvandan keçərək Türkiyə ilə Azərbaycanı birləşdirəcək. Yaxın günlərdə tikinti işlərinə başlayaraq Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat əlaqəsini təmin edəcəyik”, - deyə nazir bildirib.