"Vətən" stadionunda söküntü işləri aparılıb.
İnsanoid.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Stadionun yerində nə tikiləcəyini ilə bağlı məlumat verilməyib.
Məsələ ilə bağlı İnsanoid.com Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Elm və Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında mövcud İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin Bakı şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən idman meydançalarının yenilənməsi, əlavə inzibati və köməkçi binalarının tikinti işlərinin aparılması planlaşdırılıb.
"Müvafiq qurumlardan tikintiyə dair icazə sənədləri alınıb, işlərin icrası zamanı tikinti norma və qaydalarının qorunması barədə müvafiq iş icraçılarına tapşırıq verilib", - deyə cavabda qeyd olunub.
Sözügedən görüntüləri təqdim edirik:
Fidan İlqar
Посмотреть эту публикацию в Instagram