top
Virciniya ştatında yaşayan azərbaycanlı jurnalist: “CBP1 lotereyasında qalib gələnlər Amerikaya buraxılmır” – ÖZƏL MÜSAHİBƏ
24 yanvar 2025, 03:24
- ↺ +

Virciniya ştatında yaşayan azərbaycanlı jurnalist: “CBP1 lotereyasında qalib gələnlər Amerikaya buraxılmır” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir neçə gün öncə ABŞ-nin 47-ci Prezidenti Donald Trampın andiçmə mərasimi baş tutub. İnauqurasiya mərasimindən sonra 200-ə yaxın qanun qüvvəyə minib. Miqrantlar, transgenderlər və CBP1 proqramına stop qoyulması ilə bağlı qərarlar səs-küyə səbəb olub.

İnsanoid.com-un əməkdaşı Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında yaşayan həmyerlimiz jurnalist Leyla Abbasova ilə danışıb. O, baş verən prosesləri şərh edib.

Müsahibəni təqdim edirik:

- Leyla xanım, bildiyimiz qədər siz “Green Card” vasitəsi ilə Amerikada yaşamaq hüquq qazanmısınız. Həmin proses haqqında danışmağınızı istərdim.

- Mən Azərbaycanda 10 ildən artıq müxtəlif televiziya kanallarında jurnalist olaraq fəaliyyət göstərdim. Bir gün “Green Card” lotereyasından qeydiyyatdan keçdim. Elə həmin il qalib oldum və ailəm ilə birlikdə Amerikaya köçmək qərarı aldıq. Artıq üç ildir ki, Amerika Birləşmiş Ştatlarının Virciniya ştatında yaşayıram.

- Bir neçə gün öncə ABŞ-nin 47-ci prezidenti Donald Trampın andiçmə mərasimi baş tutub. Bir çox qərarlar qəbul edilib. Amerikada yaşayan həmyerlimiz kimi münasibət bildirməyinizi istərdim. Sizcə, Tramp hansı siyasəti yürüdəcək? Gözləntiləriniz nələrdir?

- Bu proses birbaşa bizə aid olmasa da, təbii ki, zəncirin bir halqasıyıq. Amerikada yaşayan azərbaycanlılar üçün şərtlər fərqlidir. Mən və mənim kimi “Green Card” vasitəsilə, eləcə də qanuni yollar ilə Amerikada yaşayanlar, işləmək icazəsi, yaşamaq hüququ olanlar var. Bir də qeyri-qanuni yollar ilə Amerikaya gələnlər var. Heç bir sənədi, işləmək, yaşamaq icazəsi və hüquqi olmayan şəxsləri nəzərdə tuturam.

Sənədsiz azərbaycanlılar ilə bağlı heç də yaxşı vədlər yoxdur. Bu şəxslər təşviş içərisindədirlər. Vəziyyətləri heç də yaxşı deyil. Bununla yanaşı taleləri də sual altındadır. Çünki bilinmir ki, yeni hökumət Amerikaya qanunsuz şərtlərlə daxil olan şəxslər ilə bağlı hansı qərarı verəcək.

Təbii ki, bu gözlənilən idi. Donald Trampın ilk hakimiyyət dövründən  onun miqrantları sevmədiyi artıq hər kəsə bəllidir. Bunun müəyyən səbəbləri var. Onun açıqlamasına görə, miqrantlar yerli cəmiyyətə uyğunlaşmır. Onların gəlməyi ilə ucuz işçi qüvvəsi yaranır. Miqrantaları sevməməyinə səbəb olaraq bu açıqlamanı verib. Yeni prezident Amerikanın qapılarının hər kəsə açıq olmasını da istəmir.

- Donald Trampın inauqurasiya mərasimindən sonra 200-ə yaxın qanun qüvvəyə minib. Miqrantların sərhədi keçməyində problemlər yaranıb. Bununla yanaşı CBP1 proqramına stop qoyulub. Bir çox azərbaycanlı sərhəddə qalıb..

- Bəli, Tramp hakimiyyətə gəldikdən sonra 200-ə yaxın qanun imzaladı. Bunlardan ən səs-küy yaradanı Amerikanın Paris İqlim Sazişindən, Dünya Səhiyyə Təşkilatından çıxmağı, miqrantların üzərinə qapıların bağlanmasıdır. Bununla yanaşı transgenederlərlə bağlı verilən qərarlar da oldu. Təbii ki, həm demokratların, həm də respublikaçıların bunlar ilə bağlı öz qərarları var. Demokratlar düşünürlər ki, insanlar daha rahat yaşamalı, Amerika hər kəsin üzərinə açıq olmalı, əhali daha sərbəst olmalıdır. Respublikaçılar daha mühafizəkardırlar. Düşünürlər ki, ilk olaraq Amerika vətəndaşının rifahı daha yaxşı olmalı, qapılar hər kəsin üzünə açıq olmamalıdır.

Əgər indiyə qədər Amerikada transgenderlərə fikirlər müsbət idisə, onlar daha çox dəstəklənir, hər yerdə yaşıl işıq idisə, artıq onun bu qərarından sonra olmayacaq. O, dedi ki, Amerikada artıq iki cins var: kişi və qadın.

Bir çox azərbaycanlı, eləcə də digər ölkələrin vətəndaşları biznesini, indiyə qədər əldə etdiklərini satıb, Amerika sərhədinə yaxınlaşıb. Orada CBP1 proqramı lotereyasını oynayıb, Amerikaya daxil olmağı düşünürdü. Hətta bəziləri qalib də gəlmişdi. Amma inauqurasiya mərasimindən dərhal sonra bu proqrama stop qoyuldu. Co Bayden administrasiyası bunu yaratmışdı. Bununla Amerikaya rahat keçmək mümkün idi. Tramp bunun qarşısını aldı. Oradakı azərbaycanlıların vəziyyəti heç də yaxşı deyil. Bu dəqiqə çox narahatdırlar. Geriyə də qayıda bilmirlər. Geri dönüşün də öz çətinlikləri var. İndi onların vəziyyətinin necə olacağı və barələrində hansı addımların atılacağı ilə bağlı heç bir məlumat yoxdur. Gözləmə vəziyyətindədirlər.

- Amerikada sizcə, bundan sonra yaşayış səviyyəsi necə olacaq?  

- Mən və mənim kimi Amerikada qanuni yaşaya şəxslərin isə Tramp hakimiyyətindən gözləntiləri çox yüksəkdir. Düşünürük ki, onun siyasəti daxili bazarı gücləndirməyə yönəlib. Daxili bazar gücləndikcə dollar da digər məzənnələr qarşısında güclənəcək. Ucuz işçi qüvvəsinin qarşısı alınacaq. Çünki Amerikanın qapıları hər kəsə açıq deyil. Nəticə etibarı ilə hər kəs Amerikaya daxil ola bilməz. Bu da müəyyən qədər ucuz işçi qüvvəsinin Amerikaya axının qarşısını alacaq.

- Los-Ancelesdə və Kaliforniyada yanğınlar oldu. Bu barədə münasibət bildirməyinizi istərdim.

- Mən Virciniya ştatında yaşayıram. İqlimi Azərbaycana uyğundur. Burada da dörd fəsil var. Kaliforniyada daim isti olur. Orada havanın temperaturu ya orta, ya da yüksəkdir. Heç vaxt aşağı düşmür. Sosial şəbəkələrdə vəziyyət şişirdilmiş olaraq çatdırılır. Amma təbii ki, bu belə deyil. Bir neçə il öncə Türkiyədə də müəyyən meşə yanğınları olmuşdu. Burada da havaların çox isti keçməsi, quraqlıq səbəbindən sürtünmə nəticəsində yanğının baş verdiyi deyilir. Biz də rəsmi xəbərlərə əsasən bunu deyirik. Yanğın tam təbii səbəblərdən baş verib. Hazırda da yanğının müəyyən qədər qarşısı alınır.

Nəzrin Vahid

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
29 oktyabr 2026, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
29 oktyabr 2026, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
29 oktyabr 2026, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
29 oktyabr 2026, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Oxşar xəbərlər