Tərtər rayonunun Seysulan kəndində naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Ramiz Mahmud oğlu Mahmudovun meyitinin qalıqları Zaqatala rayonunun Aşağı Tala kəndinə gətirilib.
“Report” xəbər verir ki,, şəhidin nəşi kənddə ailəsinə təhvil verilib.
Kənddə şəhidlə vida mərasimi keçirilib.
Şəhidin nəşi Aşağı Tala kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Zaqatala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, bu rayonların hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
[gallery size="full" ids="202464,202463"]