Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
İnsanoid.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Digər Sərəncamla Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni”nə sədr təyin edilib.
Qeyd edək ki, Vüsal Aslanov 2016-cı ilin sentyabr ayından "Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsində çalışıb.