Ələt-Astara yolunda narkotik vasitənin təsiri altında avtomobil sürən sürücü aşkar edilib. Bu barədə oktyabrın 15-də DİN-dən İnsanoid-ə məlumat verilib.
Belə ki, “Mercedes” markalı avtomobil polis əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Nəticədə sürücü, paytaxt sakini Mehdi Məmmədovun narkotik vasitənin təsiri altında olduğu müəyyən olunub.
O, 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 450 manat məbləğində cərimə olunub.