Xəzər rayonunda sakinlər yolların vəziyyətindən şikayətlənirlər. Bu barədə İnsanoid-ə məlumat daxil olub.
Sözügedən problem Buzovna qəsəbəsinin Koroğlu küçəsində yaşanır. İzləyicimizin sözlərinə görə, yol çalalı və kələ-kötürlü olması avtomobillərin hərəkətində problem yaradır.
Vətəndaşlar bildiriblər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunub, lakin heç bir tədbir görülməyib.