Üzərində qanunsuz odlu silah-sursat gəzdirən keçmiş məhkum tutularaq istintaqa təhvil verilib, onun üzərindən tapança götürülüb. Bu barədə 7 noyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Əvvəllər də məhkum olunmuş Meşəşambul kənd sakini Ramazan Əhmədilov saxlanılıb. Şəxsi axtarış zamanı ondan tapança, həmin silaha aid sandıqça və patron aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində həmin tapançanı bir il yarım əvvəl tapdığını və daha sonra yaşadığı evin həyətində torpağa basdıraraq gizlətdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb.