Zaqatalada avtoxuliqanlıq edən sürücü saxlanılıb. Bu barədə 29 oktyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, rayon sakini Ramazan Mahmudov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və həmin avtoxuliqanlıq hərəkətlərini “Tik-Tok” sosial şəbəkəsində paylaşıb.
Məhkəmənin qərarı ilə Ramazan Mahmudov barəsində qanunamüvafiq tədbir görülüb.