Məşhur müğənni Ebru Gündeş yeni xəbərlə gündəmə gəlib.
İnsanoid.com xəbər verir ki, sənətçi 14 fevral - Sevgililər günündə Türkiyədəki lüks otellərdən birində konsert verəcək.
Kiçik solo konsert zamanı ön sıranın qiymətinin 100 000 lirə (təxminən 4 720 manat) olacağı açıqlanıb.
Qiymət sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.