Şabranda qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar. Bu barədə 17 oktyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Bir nəfər ona məxsus evdən oğurluq olması barədə Polis Şöbəsinə məlumat verib. Zərərçəkmişə məxsus evdən ümumi dəyəri 2 200 manat olan qızıl-zinət əşyaları oğurlandığı müəyyən olunub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Riyad Məmmədov və tanışı Elnur İbrahimov saxlanılıblar.
Faktla bağlı hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.