Siyəzəndə narkotik dövriyyəsinə qarşı əməliyyatlar zamanı 1 nəfər saxlanılıb. Bu barədə noyabrın 12-də DİN-dən İnsanoid-ə məlumat verilib.
Narkotiki əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Zəfər Qəniyev tutulub. Onun üzərindən və yaşadığı evdən heroin, marixuana və metamfetamin aşkar olunub.
Faktla bağlı cinayət işi başlanılıb. Vətəndaş barəsində həbs qətimkan tədbiri seçilib.