top
20 ildən çoxdur icra başçısı işləyən məmurlar – ADLAR
08 yanvar 2025, 22:40
- ↺ +

20 ildən çoxdur icra başçısı işləyən məmurlar – ADLAR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəmiyyətin diqqət mərkəzində olan məsələlərdən biri də şəhər və rayonlara təyin olunan icra başçılarının fəaliyyətidir.

İndiyə qədər ölkənin rayon və şəhərlərinə çoxsaylı icra başçıları təyin edilib. Yeni təyinatlar içərisində isə gənc kadrlar üstünlük təşkil edir. Bununla belə, 20 il və daha çox olmaqla uzun müddət bu vəzifədə çalışan məmurların sayı da az deyil.

Bizim.Media 20 il və daha çox olmaqla icra başçısı vəzifəsində işləyən məmurların siyahısını təqdim edir.

Eyvaz Hüseynov

Ən stajlı icra başçısı Eyvaz Hüseynovdur. 2 iyul 1992-ci ildə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Artıq 33 ildir ki, bu vəzifəni daşıyır. Birinci Qarabağ müharibəsi veteranıdır.

Adil Məmmədov

Adil Məmmədov artıq 31 ilə yaxındır ki, icra başçısı işləyir. O, 03.09.1994-cü il tarixdən 25.08.2002-ci il tarixədək Oğuz rayonu İcra hakimiyyətinin başçısı, 25.08.2002-ci il tarixdən 26.03.2004-cü il tarixədək Qəbələ rayonu İcra hakimiyyətinin başçısı, 26.03.2004-cü il tarixdən 26.04.2011-ci il tarixədək Biləsuvar rayon İcra hakimiyyətinin başçısı olub. 26.04.2011-ci il tarixdən Qobustan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. İndi də bu vəzifədədir.

Novruz Novruzov

N.Novruzov ən uzunömürlü icra başçıları sırasında üçüncü yeri tutur. O, artıq 30 ilə yaxındır ki, müxtəlif rayonlarda icra başçısı olaraq çalışır. 1995-2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2019-cu illərdə isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib. 2019-cu ilin aprelin 5-dən isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı olaraq çalışır.

Taleh Qaraşov

1996-2002-ci illərdə Kürdəmir rayon, 2002-2006-cı illərdə Cəlilabad rayon, 2006-2011-ci illərdə Neftçala rayon, 2011-2012-ci illərdə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2012-ci ilin aprelin 14-dən Lənkəran şəhər İcra hakimiyyətinin başçısıdır.

Eldar Əzizov

2000–2003-cü illərdə Bakı şəhəri Nizami Rayon, 2003–2011-ci illərdə Gəncə şəhər, 2011–2015-ci illərdə Sumqayıt şəhər, 2015–2018-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 16 iyul 2018-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib. 15 noyabr 2018-ci il  isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb.

Şahmar Usubov

2000-ci ilin dekabrın 21-dən bəri Xocalı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyir.

Malik İsaqov

08.09.2001-ci ildə Qubadlı rayon icra Hakimiyyətinin başçısı təyin edilib və 24 ildən çoxdur ki bu vəzifəni icra edir.

Abdin Fərzəliyev

2003-cü ilin aprel ayında Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Daha sonra, 2005-ci ilin dekabr ayından 19 yanvar 2022-ci il tarixədək Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışıb. Son olaraq, 19 yanvar 2022-ci ildə Abşeron rayon İcra Hakimiyyətinin Başçısı təyin edilib.

Süleyman Mikayılov

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 2010-cu ildən bu rayona rəhbərlik edir. Ona qədər isə qısa müddətdə, 2005-ci ilin 13 mayından 21 dekabrına qədər Yardımlı rayonlarında icra başçısı işləyib. 2005-2010-cu illərdə isə Lənkəran şəhərinə rəhbərlik edib.

Vidadi İsayev

O, 20 ildir ki, icra başçısı kimi iş təcrübəsinə malikdir. Bərdə rayon İcra Hakimiyyətinin başçısı V. İsayev 2011-ci ildən bu rayona rəhbərlik edir. Vidadi İsayev 2011-ci ilə qədər isə Tərtər (2005-2011) rayonunun icra başçısı olub.

Zakir Fərəcov

O, 2005-2015-ci illərdə Abşeron rayonunda icra başçısı vəzifəsində çalışıb. 2015-ci ildən isə Sumqayıta rəhbərlik edir.

İlqar Abbasov

İ. Abbasov 2019-cu ildən Şirvanın icra başçısıdır. O, bu vaxtadək Nərimanov (2004-2005) və Suraxanı (2005-2019) rayonunda icra başçısı vəzifəsində işləyib.

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
29 oktyabr 2026, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
29 oktyabr 2026, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
29 oktyabr 2026, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
29 oktyabr 2026, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Cəmiyyət
29 oktyabr 2026, 11:10

Ermənistan parlamentində kütləvi dava baş verib - VİDEO

Cəmiyyət
29 oktyabr 2026, 10:36

Məhkəmədə cəzaların toplanması qaydası dəqiqləşdi: Amnistiya alanlarla bağlı qərar

Cəmiyyət
29 oktyabr 2026, 09:49

Məktəbdəki insidentlə bağlı AÇIQLAMA

Cəmiyyət
29 oktyabr 2026, 09:11

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib - FOTO

Cəmiyyət
29 oktyabr 2026, 09:00

ABŞ-də vəfat edən qadının valideynləri OpenAI-ı məhkəməyə verib

Cəmiyyət
29 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 33-cü günü: Qətiyyətli zəfərə gedən yol

İdman
28 oktyabr 2026, 16:43

Qadınların 95,3%-i, kişilərin 84%-i idmanla məşğul olmur: Azərbaycanda aparılan araşdırma nəyi göstərdi? - TƏHLİL

Cəmiyyət
28 oktyabr 2026, 15:00

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarılıb

Oxşar xəbərlər