top
Azərbaycanda qonaq olmuş ULDUZ FUTBOLÇULAR
11 dekabr 2024, 11:24
- ↺ +

Azərbaycanda qonaq olmuş ULDUZ FUTBOLÇULAR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünya futbolunun əfsanəsi Lionel Messi xeyriyyə tədbirində iştirak etmək üçün Azərbaycana təşrif buyurub.

İdman.biz xəbər verir ki, “Qızıl top”un səkkiz qat qalibi ilə birlikdə vaxtilə “Barselona”da, indi isə “İnter Mayami”dəki məşhur oyundaşları Luis Suares, Serxio Buskets və Jordi Alba da Bakıya gəliblər.

Bu futbolçulardan Buskets 2009-cu ildə ölkəmizdə olub. O, İspaniya millisinin heyətində Bakıda Azərbaycan yığmasına 6:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşünün ikinci hissəsində çıxış edib. Onda Busketsin cəmi 20 yaşı vardı və millidə ikinci oyununu keçirirdi.

Ümumiyyətlə, Azərbaycan millisi və avrokuboklarda “Qarabağ”la qarşılaşmalar, həmçinin Bakıda keçirilən 2019 Avropa Liqasının finalı və AVRO-2020-nin oyunlarında iştirak üçün bir çox ulduz futbolçu ölkəmizdə olub, meydana çıxıb.

Məsələn, “Qızıl top”un beş qat qalibi Kriştiano Ronaldo Portuqaliya millisinin 2007-ci ildə “Tofiq Bəhramov”da 2:0 hesablı qələbə qazandığı matçda çıxış edib. Özü də bu onun yığmada 50-ci oyunu idi.

2018-ci il “Qızıl top”un sahibi Luka Modriç isə Xorvatiya millisi ilə 2015 (0:0) və 2019-cu illərdə (1:1) Bakıda olub.

Bəzi məşhur futbolçular isə ölkəmizə müxtəlif tədbirlərdə iştirak etmək üçün və ümumiyyətlə, şəxsi dəvətlə qonaq kimi gəliblər.

2012-ci ildə Peşəkar Futbol Liqası ilə Azərbaycan Premyer Liqasının yeni titul sponsoru arasında imzalanma mərasimində 1991-ci il “Qızıl top”un sahibi fransalı Jan Pyer Papen iştirak edib.

İsveçli Zlatan İbrahimoviçin 2015-ci ildə istirahət və ov etmək məqsədi ilə Azərbaycana səfər etməsi də yada düşür.

2016-cı ildə ev sahibi şəhərlərdən biri olan Bakının AVRO-2020 üçün hazırlanan loqosunun təqdimat mərasiminə 1987-ci il “Qızıl top”un və AVRO-1988-in qalibi niderlandlı Ruud Qullit xüsusi qonaq kimi qatılıb.

2019-cu ildə Bakının Avropa Liqasının final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma da keçirilib və həmin oyunda ulduz futbolçular Yeji Dudek, Maykl Essyen, Deku, Hamit Altıntop, Nihat Kahveçi, Andrey Arşavin, Revaz Arveladze iştirak edib.

Onlardan başqa 2001-ci il “Qızıl top”un sahibi ingiltərəli Maykl Ouen və italiyalı qapıçı Françesko Toldo Bakıya səfər edib, 2019 Avropa Liqasının finalı ərəfəsində təşkil olunmuş Azarkeş Festivalında iştirak ediblər.

2000-ci il “Qızıl top”un sahibi portuqaliyalı Luiş Fiqu rəsmi qonaq kimi AVRO-2020-nin Türkiyə - Uels oyununu Bakı Olimpiya Stadionunda canlı izləyib.

Bu il də bir çox məşhurlar ölkəmizə təşrif buyurub. 2014-cü ilin dünya çempionu Mesut Özil oktyabrda Azərbaycanda bir sıra tədbirlərdə iştirak edib.

Noyabrda COP29 ilə bağlı Bakıya gələnlərdən biri də əfsanəvi futbolçu Ronaldinyo olub. 2005-ci il “Qızıl top”un qalibinin ölkəmizə ilk dəfə səkkiz il bundan əvvəl səfər etdiyini də xatırladaq.

Türkiyə millisinin kapitanı və baş məşqçisi olmuş Fatih Terim də “Qarabağ”ın dəvəti ilə COP29 çərçivəsində futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə fəxri qonaq kimi iştirak edib.

Son xəbərlər

İqtisadiyyat
Dünən, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Dünən, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Dünən, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Dünən, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
30 oktyabr 2026, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
30 oktyabr 2026, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
30 oktyabr 2026, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
30 oktyabr 2026, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
30 oktyabr 2026, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
30 oktyabr 2026, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
30 oktyabr 2026, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
30 oktyabr 2026, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
30 oktyabr 2026, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
30 oktyabr 2026, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
30 oktyabr 2026, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
30 oktyabr 2026, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
30 oktyabr 2026, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
30 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
29 oktyabr 2026, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
29 oktyabr 2026, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
29 oktyabr 2026, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
29 oktyabr 2026, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Cəmiyyət
29 oktyabr 2026, 11:10

Ermənistan parlamentində kütləvi dava baş verib - VİDEO

Cəmiyyət
29 oktyabr 2026, 10:36

Məhkəmədə cəzaların toplanması qaydası dəqiqləşdi: Amnistiya alanlarla bağlı qərar

Cəmiyyət
29 oktyabr 2026, 09:49

Məktəbdəki insidentlə bağlı AÇIQLAMA

Cəmiyyət
29 oktyabr 2026, 09:11

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib - FOTO

Oxşar xəbərlər