Bakıda “Xırdalan çörək zavodu”nun istehsal etdiyi çörəyin içindən mənşəyi məlum olmayan yad cisim tapılıb.
Bakues.az-ın “Qaynar xətt”inə daxil olan məlumata görə, Xırdalan şəhərində yerləşən “Sarı” marketdən alınan çörəyin içindəki cisim alıcını təəccübləndirib. Şikayətçi müştərinin sözlərinə görə, çörəyin içindəki cisim dərman və ya qan laxtasına bənzəyir.
Çörək istehsalçısı olan “Xırdalan çörək zavodu” çörəklərin ən müasir avadanlıqlarda, tam gigiyenik və steril şəraitdə hazırlandığını iddia edir. Lakin müştərinin iddiası bu açıqlama ilə ziddiyyət təşkil edir. Hadisə ilə bağlı araşdırma aparılması gözlənilir.