Maştağa qəsəbəsində “Baku Bus”a məxsus marşrut avtobusu qəza törədib.
Apa.az xəbər verir ki, hadisəyə səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.
Hadisə nəticəsində 189 nömrəli “Bakubus” avtobusu yol kənarındakı obyektlərə çırpılıb.
Qeyd edək ki, nəqliyyat vasitəsi depoya getdiyi üçün boş olub. Hadisə zamanı xəsarət alan olmayıb.