İctimai nəqliyyatın xüsusi zolaqlar şəbəkəsinə daxil olmayan və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəqliyyat təminatı çərçivəsində təşkil olunmuş “COP29 xüsusi hərəkət zolaqları” tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən İnsanoid.com-a bildirilib ki, həmin zolaqlarda avtobus zolağını bildirən 5.9 yol nişanları sökülüb və xətlər silinir.