Füzulidə DSX hərbçisinin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Unikal.az xəbər verir ki, hadisə dekabrın 8-də saat 15 radələrində Mincivan-Hacıqabul avtomobil yolunun Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissədində qeydə alınıb.
Belə ki, Qurban Qurbanlı idarə etdiyi "Nexia" markalı avtomobillə qəzaya uğrayıb, xəsarət alıb.
Qeyd edək ki, Q.Qurbanlı Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisidir.
Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.