Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişi üzrə intensiv danışıqların aparıldığını açıqlayıb.
İnsanoid.com-un məlumatına görə, erməni diplomat bu barədə parlamentdə bildirib.
Ermənistan və Azərbaycan sülh sazişi ətrafında daha konstruktiv işləməyə başlayıblar. 1-2 bənd üzərində iş əvvəlkindən daha intensiv davam edir. Mən deyərdim ki, proses daha əməkdaşlıq ruhunda, daha konstruktiv atmosferdə davam edir”,-deyə nazir qeyd edib.
Mirzoyan ümid etdiyini bildirib ki, İrəvan və Bakı “sülh sazişinin yekun razılaşdırılmış mətninə çox yaxındır”.