İmişlidə itkin düşmüş şəxsin meyiti tapılıb.
Qafqazinfo.az-ın əldə etdiyi məlumata görə, rayonun Oruclu kənd sakini 59 yaşlı Şükürov Rasim Pəsi oğlu dekabrın 18-i saat 08 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Onun yaxınları polisə müraciət edərək, R.Şükürovun itkin düşməsi barədə məlumat veriblər və axtarışlara başlanılıb.
Dekabrın 19-da Rasim Şükürovun meyiti kənd ərazisində yerləşən transformatorda tapılıb.
Onun cərəyan vurması nəticəsində öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.