Abşeron rayonunun Novxanı kəndində partlayış olub.
İnsanoid.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə fərdi yaşayış evində baş verib.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə əməliyyatı sayəsində Abşeron rayonu, Novxanı kəndində dağıntılar altından 2-ci vətəndaş sağ çıxarılaraq xilas edilib.
Əlavə məlumat veriləcək.
Xatırladaq ki, daha əvvəl Sumqayıtın 13-cü mikrorayonunda yaşayış binasında baş vermiş partlayış nəticəsində bir neçə nəfər yaralanmışdı.
[gallery size="full" ids="207865,207866,207867"]