top
Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilən sabiq direktor məhkəmə dövründə ölkəni 2 dəfə tərk edib
15 sentyabr 2025, 01:05
- ↺ +

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilən sabiq direktor məhkəmə dövründə ölkəni 2 dəfə tərk edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

İnsnaoid.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə şahidlər ifadə verib.

Mərkəzdə xadimə işləyən Yeganə Əhmədova bildirib ki, təqsirləndirilən şəxsləri tanıyır: “Mən 6-7 ay idi mərkəzdə çalışırdım. Hadisə vaxtı növbədə idim. Yanğın baş verdiyini dedilər. Otağa gəldik. Küvezdən alov qalxdığını gördük. Sonra yanğını söndürməyə çalışdıq. Yanğın söndürülməsi ilə bağlı bizə təlim keçirilib”.

Daha sonra mərkəzdə elektrik vəzifəsində çalışmış Asif Dadaşov ifadə verib. Şahid bildirib ki, mərkəzdə qısaqapanma hadisələri əvvəl də olub: “Mərkəzdə adi lampa partlayanda belə qısaqapanma sayılır. Bu zaman avtomat atır. Uzadıcılar qızanda da qısaqapanma baş verə bilər. Hadisə zamanı da qısaqapanma olub. Hadisənin səhəri işə gələndə gördüm ki, avtomat atıb. Mərkəzdə ümumi 18-20 avtomat olub".

Daha sonra şahid Ruhiyyə Qocayeva ifadə verib.

Cinayət işi üzrə hüquqi varis kimi tanınan Emil Abasəliyev məhkəmədən təqsirləndirilən şəxslərin ölkə xaricinə çıxması ilə bağlı müvafiq qurumlara sorğu göndərilməsini istəyib.

Prosesdə məlum olub ki, təqsirləndirilən Mehriban Abasquliyeva barəsində “polis nəzarəri altına vermə” qətimkan tədbiri olsa da, o, məhkəmə dövründə iki dəfə ölkə xaricində olub və bununla bağlı nə polisə, nə də məhkəməyə məlumat verib.
Mehriban Abasquliyevanın vəkili bildirib ki, müvəlkilinin xarici ölkəyə çıxışında məhdudiyyət yoxdur: “Kredit borcu gecikəndə səni ölkə xaricinə buraxmırlar. Belə bir qadağa olsaydı, onun çıxışı mümkün olmazdı”.

Təqsirləndirilən Mehriban Abasquliyeva iki dəfə ölkə xaricində olduğunu etiraf edib. O, ölkəni tərk etmək üçün aidiyyəti qurumlara məlumat vermək lazım olduğunu bilmədiyini deyib.

Proses 29 sentyabrda davam etdiriləcək.

Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.

Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:05

Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 25 oktyabr

Cəmiyyət
Dünən, 14:20

Bakıda kafedə qətl: saxlanılan şəxslərdən biri deputatın oğludur

Cəmiyyət
Dünən, 13:44

U-15 dünya çempionatının ilk oyun günündə rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub

Cəmiyyət
Dünən, 13:31

Hitlerin keçmiş iqamətgahında yanğın baş verib - VİDEO

Cəmiyyət
Dünən, 12:35

Sabah Bakıda yağış yağacaq

Cəmiyyət
Dünən, 12:05

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyaya başsağlığı verib

Cəmiyyət
Dünən, 11:49

Filippində təlim uçuşu zamanı 4 pilot ölüb

Cəmiyyət
Dünən, 11:19

BDYPİ sürücülərə xəbərdarlıq edib

Cəmiyyət
Dünən, 10:44

Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir

Cəmiyyət
Dünən, 09:19

Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 24 oktyabr

Cəmiyyət
23 oktyabr 2026, 16:33

"Naxçıvanda duz tükənib, qayaları üyüdüb satırlar" - AÇIQLAMA

Cəmiyyət
23 oktyabr 2026, 16:19

Ölümündən əvvəl 3200 manatlıq başdaşı sifariş etdi - Əkbərin müəmmalı intiharı

Cəmiyyət
23 oktyabr 2026, 12:52

Prezident İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədrini 80 illiyi münasibətilə təbrik edib

Cəmiyyət
23 oktyabr 2026, 12:40

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Cəmiyyət
23 oktyabr 2026, 12:37

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Cəmiyyət
23 oktyabr 2026, 12:18

Sabah bəzi yerlərdə yağış yağacaq

Cəmiyyət
23 oktyabr 2026, 11:42

İbad Hüseynov Gürcüstanda saxlanıldı

Cəmiyyət
23 oktyabr 2026, 11:26

Toy çadırında həmyerlisini bıçaqlayan şəxsə şərti cəza verildi

Siyasət
23 oktyabr 2026, 11:15

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

Cəmiyyət
23 oktyabr 2026, 10:49

Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandırarkən xəsarət alıb

Cəmiyyət
23 oktyabr 2026, 09:56

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Cəmiyyət
23 oktyabr 2026, 09:51

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Cəmiyyət
23 oktyabr 2026, 09:19

Azərbaycanda bəzi məhsulların gömrük rüsumu 20 dəfə artırıldı

Cəmiyyət
23 oktyabr 2026, 09:17

Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq

Cəmiyyət
23 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 23 oktyabr

Cəmiyyət
22 oktyabr 2026, 17:58

Emin Əmrullayev: "Anası ali təhsilli olan şagirdlərin nəticələri daha yuxarı olur"

Cəmiyyət
22 oktyabr 2026, 17:38

Bakıda 25 il bundan əvvəl törədilən qətlin təfərrüatları məlum olub

Cəmiyyət
22 oktyabr 2026, 16:49

Leyla Əliyeva Səmərqənddə "Uşağın gözü ilə dünya" sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cəmiyyət
22 oktyabr 2026, 15:56

Keçəlliyə son-Yeni dərman sınaqdan uğurla keçdi

Siyasət
22 oktyabr 2026, 13:14

Paşinyandan sülh sazişi və növbədənkənar seçkilərlə bağlı açıqlama

Oxşar xəbərlər