top
Qanunsuz mərc və şans oyunlarında adı hallanan məşhurlardan AÇIQLAMA
21 noyabr 2024, 04:40
- +

Qanunsuz mərc və şans oyunlarında adı hallanan məşhurlardan AÇIQLAMA

Türkiyədə olduğu kimi, Azərbaycanda da bəzi məşhur simaların  “1Xbet”, “Mostbet”, “Pin-up”, “10lineloto” kimi qanunsuz mərc və şans oyunları platformalarını reklam etməsiylə bağlı xəbərlər yayılıb.


Qeyd edək ki, müğənnilərin, aktyorların və influserlərin olduğu siyahıda məşhur aktyor Azər Aydəmirin və müğənni Damlanın da adı var.

Azər Aydəmir məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında, heç vaxt bu cür reklam etmədiyini və etmək fikri olmadığını qeyd edib:

“Mən elə bir şey etməmişəm, adım orada səhvən hallanıb. Orada bir- iki həmkarımın və Xatirə Yüzbəyovanın da  adı var. Mən inanmıram ki, o  da belə bir şey etsin. Mənə elə gəlir ki, bu ümumi məlumat səhvidir. Vaxt keçəcək biləcəyik. Yəqin adları qarışdırdıqları üçün üzr istəyərlər”,- deyə aktyor açıqlayıb.

Qanunsuz mərc oyunlarının reklamıyla bağlı adı çəkilənlərdən biri də müğənni Damladır.

Müğənninin produseri Şamil İbrahimov iddialara cavab olaraq deyib ki, bu hadisə  4 il əvvəl, pandemiya vaxtı olub, müğənni buna görə cərimə də ödəyib.

“O vaxt bununla bağlı xəbərdarlıq edildi və Nərimanov rayon məhkəməsində iş qaldırıldı. Cəriməni ödədik və məsələ bitdi”.

Qeyd edək ki, məsələ ilə Daxili İşlər Nazirliyinin açıqlamasına görə internet resursları, eləcə də informasiya telekommunikasiya şəbəkələrindən istifadə etməklə qanunsuz olaraq qumar və mərc oyunları təşkil edən şəxslərlə bağlı polisə daxil olan hər bir müraciət araşdırılır.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 09:24

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib

Bütün Xəbərlər
Bu gün, 09:16

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Bütün Xəbərlər
Bu gün, 09:02

Çolpon-Ata şəhərində Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

Bütün Xəbərlər
Bu gün, 08:47

Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib

Bütün Xəbərlər
Dünən, 17:18

Sura Mirac Abbassoyun Azərbaycan güləş yığmasında çıxış etməsinə nə mane olur? - ARAŞDIRMA

Bütün Xəbərlər
Dünən, 17:12

Əri süpürgəçi qadını 8 Martda ona verilən güllərə görə öldürübmüş...

Bütün Xəbərlər
Dünən, 16:56

AZAL Qarsa ilk reysini həyata keçirib - FOTO

Bütün Xəbərlər
Dünən, 16:52

Yevlaxda zəhərlənərək ölən qızın atası danışdı: "Xalasının evində olub, amma ..." - TƏFƏRRÜAT

Bütün Xəbərlər
Dünən, 16:43

Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir

Bütün Xəbərlər
Dünən, 16:42

Tiktoker Müjgan həbs edildi

Bütün Xəbərlər
Dünən, 16:25

Azərbaycanlı dənizçilərin olduğu gəmi bu gün səhər Odessa sahillərində PUA hücumuna məruz qalıb

Bütün Xəbərlər
Dünən, 15:14

Yeni marketinq trendi - telefonla çəkilmiş təsadüfi fotolar

Bütün Xəbərlər
Dünən, 13:09

Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq

Bütün Xəbərlər
Dünən, 11:50

"Kuboku kəndimizə gətirən uşaqlar idi" - Qəzada ölən futbolçuların məşqçisi DANIŞDI

Bütün Xəbərlər
Dünən, 11:41

Məleykə Abbaszadə: "Boş qalan yerlərə yenidən müsabiqə keçiriləcək"

Bütün Xəbərlər
Dünən, 11:13

Prezident İlham Əliyev Mərakeş Kralını milli bayram münasibətilə təbrik edib

Bütün Xəbərlər
Dünən, 09:55

Bakıda iki futbolçu qəzada faciəli şəkildə öldü

Bütün Xəbərlər
Dünən, 09:29

UEFA Konfrans Liqası: "Zirə" Sumqayıtda, "Neftçi" Bolqarıstanda meydana çıxacaq

Bütün Xəbərlər
29 iyul 2026, 17:30

Azərbaycanda 15 yaşlı qızla evlənən bəy HƏBS OLUNDU

Bütün Xəbərlər
29 iyul 2026, 16:19

"Opera Hotel"də tutulan tanınmış cərraha 9 il həbs verildi

Bütün Xəbərlər
29 iyul 2026, 15:57

Mahir Məmmədov FIDE-nin vitse-prezidenti postuna namizəd olacaq

Bütün Xəbərlər
29 iyul 2026, 15:36

Zaqatalada 14 nəfərin dönərdən zəhərləndiyi ehtimal olunan kafenin fəaliyyəti dayandırılıb

Bütün Xəbərlər
29 iyul 2026, 15:16

Bakıda qarajların 1 kvadratmetrinin qiyməti 1 400 manatı keçib

Bütün Xəbərlər
29 iyul 2026, 13:08

Türkiyədə milyonluq fırıldaq şəbəkəsi ifşa edildi – Aralarında azərbaycanlılar da var+VİDEO

Oxşar xəbərlər