top
Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
21 dekabr 2024, 04:34
- ↺ +

Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

COP29-a qarşı neqativ kampaniyanın sürətlənməsinin səbəblərindən biri də zəngin iş adamları tərəfindən PR və mənfi imic formalaşdırmaq sahəsində təcrübəsi olan şirkətlərin bu işə cəlb edilməsi olub.

Report.az xəbər verir ki, bu barədə Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının hesabatında bildirilib.

Aparılan araşdırma nəticəsində bəlli olub ki, David Vardanyan (Ruben Vardanyanın oğlu) və Nubar Afeyan kimi zəngin iş adamları Azərbaycana qarşı kampaniyada maliyyə resurslarından və şəxsi əlaqələrindən maksimum istifadə edərək hibrid hücumlar təşkil edirlər:

“Vardanyan və Afeyan cütlüyünün antiAzərbaycan kampaniyasındakı taktikası tanınmış PR şirkətlərini, Hollivud ulduzlarını, Amerikanın zəngin iş adamlarını və nüfuzlu ailələrini, habelə dövlət rəsmilərini müəyyən layihələrə cəlb etmək üzərində qurulub. Onlar insanların etibarından sui-istifadə edərək, Avrora Humanitar Təşəbbüs Fondu və təsis etdikləri “Avrora” mükafatı vasitəsilə xeyriyyə tədbirləri adı altında öz məkrli fəaliyyətini həyata keçirirlər".

Buna misal olaraq hesabatda Klintonlar ailəsinin üzvü olan Çelsi Klintonu “Avrora” mükafatının Seçim komitəsinə üzv qəbul edilməsi göstərilib və qeyd olunub ki, seçim komitəsinin bir sıra üzvləri COP29 və Azərbaycan əleyhinə fəaliyyətlə məşğul olurlar.

Milli Məclisin hazırladığı hesabatda qeyd olunur ki, Vardanyanlar ailəsi bu işlərinə adı bir sıra qalmaqallarda çəkilən “Edelman” PR şirkətini və “Perseus Strategies” hüquq firmasını cəlb edibdir:

[gallery link="file" columns="1" size="full" ids="211150"]

“Edelman” şirkəti #FreeRubenVardanyan və #FreeArmenianPrisoners həştəqləri yaradaraq sosial media kampaniyası aparır. Onların məqsədi dünya miqyasında dəstək əldə etməklə, petisiyalar və məktublar formasında təzyiq göstərməklə, müxtəlif rəsmiləri, özəl təşkilatları və media qurumlarını cəlb etməklə Azərbaycana qarşı kütləvi hücumlar təşkil etməkdir. Yaratdıqları www.freearmenianprisoners.com saytında inandırıcı görünməsi üçün Azərbaycan da daxil olmaqla, guya 109 ölkədən Ruben Vardanyan kampaniyasına dəstək verildiyi görüntüsünü yaradırlar. Sadəcə, ölkələrin adlarını və uydurma insan adlarını yazmaqla kütləvilik olduğunu göstərmək istəyirlər”.

Hesabatda bildirilir ki, Ruben Vardanyan və digər erməni liderlər Azərbaycanda siyasi məhbus kimi bir illiklərini qeyd edirlər” adlı müraciətdə “Edelman” şirkətinin hansı dövlətlər və təşkilatlarla işlədiyi açıq-aydın ortaya qoyulur:

“Bu məsələdə Vardanyan ailəsinə Fransanın Havas PR şirkəti də ayrıca dəstək verir. Yeri gəlmişkən, adı bir çox qalmaqallarda hallandırılan “Edelman” şirkəti ilə bağlı maraqlı bir fakt isə “The Guardian” tərəfindən aparılan araşdırmada sübut edildiyi kimi, 10 il öncə onun iqlim dəyişikliyini, qlobal istiləşməni inkar edən şirkətlərə xidmət göstərməsi olub”.

“Perseus Strategies”-ə və rəhbəri Cared Genserə gəldikdə isə o, Vardanyanlar ailəsinin hüquq məsləhətçisi kimi apardığı anti-Azərbaycan fəaliyyətlə yanaşı, yaradıcısı olduğu “Freedom Now” beynəlxalq insan hüquqları QHT-si vasitəsilə ölkəmizə qarşı geniş kampaniya aparır.

“Freedom Now” digər “məşhur” QHT-lərlə birləşərək dayanmadan anti-COP və antiAzərbaycan fəaliyyəti ilə məşğul olur. Foto-faktlarda deyilənlər təsdiqini tapır” – hesabatda qeyd olunur.

[gallery link="file" columns="1" size="full" ids="211151"]

Milli Məclisin hazırladığı hesabatda digər maraqlı bir fakt isə Beynəlxalq Cinayət Məhkəməsinin ilk prokuroru olan argentinalı Luis Moreno Okampo ilə bağlıdır:

“O, İnsan Hüquqları üzrə Raul Vallenberq Mərkəzinin Beynəlxalq Hüquqi Məşvərət Şurasının üzvüdür. Təşkilatın Amerika üzrə sədri isə “Perseus Strategies”-in rəhbəri Cared Genserdir. Eyni zamanda, Argentinadan olan “El Armenio” ləqəbli erməni əsilli milyarder Eduardo Ernekiyan isə Vallenbergin adını daşıyan Beynəlxalq Raul Vallenberq Fondunun sədridir”.

Sənəddə bildirilir ki, hər iki təşkilat arasında ad oxşarlığından savayı, rəhbər şəxslər arasında da sıx münasibətlər mövcuddur.

“Okamponun Ernekiyanla həmyerli olması isə şübhələri bir qədər də artırır. 38 O, təkcə son bir ay ərzində “X” səhifəsində Azərbaycana və COP29-a qarşı 120-dən çox qərəzli paylaşım edib. Ehtimal edilir ki, Okamponun Azərbaycana və COP29-a qarşı beynəlxalq tədbirlərdə və mediada, o cümlədən sosial mediada çox aqressiv fəaliyyət göstərməsinin, ölkəmizə qarşı qərəzli hesabat hazırlamasının arxasında məhz bu əlaqələr dayanır”.

Hesabatda qeyd olunub ki, sosial media üzərindən əlaqələndirilmiş şəkildə aparılan kampaniyada bir sıra həştəqlərdən istifadə olunub:

“Əsasən #COP29, #COPOUT29, #COP29EXPOSED, #COP29Exposed, #BoycottCOP29, #ProtestCOP29!, #FreeRubenVardanyan, #FreeArmenianPrisoners, #FreeArmenianHostages, #EndTheGagRule, #Greenwashing, #StopGreenwashGenocide, #StopWhitewashGenocide və başqa həştəqlərin təhlili göstərir ki, kampaniya vahid mərkəzdən, xüsusən də erməni əsilli şəxslərə bağlı olan profillər vasitəsilə aparılır”.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
Bu gün, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
Bu gün, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Cəmiyyət
Bu gün, 08:02

Vətən müharibəsinin xronikası: 31 oktyabr

Cəmiyyət
Dünən, 17:48

Çelyabinskdə təqaüdçü fırıldaqçılara 33 milyon rubl dəyərində qızıl verib

Cəmiyyət
Dünən, 16:42

Noyabr ayına olan hava proqnozu açıqlanıb

Cəmiyyət
Dünən, 16:18

Prezident İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - SİAYHI

Siyasət
Dünən, 16:17

Hikmət Hacıyev: "Regionu böyük güclərin döyüş meydanından bazarına çevirmək istəyirik"

Cəmiyyət
Dünən, 16:15

Bayramov Ermənistanla sülh və Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb

Cəmiyyət
Dünən, 15:28

Maqnit qasırğası nə vaxt olacaq? Alimlərdən yeni proqnoz

Cəmiyyət
Dünən, 14:36

Zelenski Rusiyanın 39 gəmisinə, bir sıra şirkətləri və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edib

Cəmiyyət
Dünən, 12:15

Gennadi Xazanov Fəxri xiyabanı ziyarət edib

Cəmiyyət
Dünən, 11:14

Trabzon Qastronomiya Festivalında pendir uzatma rekordu cəhdi - VİDEO

Cəmiyyət
Dünən, 11:12

Küləkli havada işçilərin yeni qaydalarla işlədilməsi haqqında tənzimləmə qəbul edilib

Cəmiyyət
Dünən, 10:57

Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edilib

Cəmiyyət
Dünən, 09:44

Ağdam və Xocavəndə növbəti köç karvanları yola salınıb

Cəmiyyət
Dünən, 09:03

ABŞ-də helikopterlər toqquşub, ölənlər var

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 30 oktyabr

Cəmiyyət
29 oktyabr 2026, 17:33

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib

Kriminal
29 oktyabr 2026, 16:50

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Cəmiyyət
29 oktyabr 2026, 16:44

Canlı yayım zamanı restoranın QR kodu göründü, strimerə 12 min dollarlıq hesab gəldi

Cəmiyyət
29 oktyabr 2026, 16:17

Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

Cəmiyyət
29 oktyabr 2026, 13:53

Bakıda yıxılaraq vəfat edən 2 yaşlı uşaqla bağlı TƏFƏRRÜATLAR

Cəmiyyət
29 oktyabr 2026, 13:37

Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir

Siyasət
29 oktyabr 2026, 12:28

Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşüb - FOTO

Cəmiyyət
29 oktyabr 2026, 12:10

Beynəlxalq terror təşkilatları ilə əlaqəli, terrorçuluğu maliyyələşdirmədə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət
29 oktyabr 2026, 11:39

Azərbaycanda son on ildə nikahların sayı təxminən 30%, doğulan uşaqların sayı isə 42% azalıb - İNSANOİD.COM-un ARAŞDİRMASI

Cəmiyyət
29 oktyabr 2026, 11:28

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Cəmiyyət
29 oktyabr 2026, 11:10

Ermənistan parlamentində kütləvi dava baş verib - VİDEO

Cəmiyyət
29 oktyabr 2026, 10:36

Məhkəmədə cəzaların toplanması qaydası dəqiqləşdi: Amnistiya alanlarla bağlı qərar

Cəmiyyət
29 oktyabr 2026, 09:49

Məktəbdəki insidentlə bağlı AÇIQLAMA

Cəmiyyət
29 oktyabr 2026, 09:11

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında Türkiyənin Cümhuriyyət Bayramını təbrik edib - FOTO

Oxşar xəbərlər