Şəkidə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Report.az xəbər verir ki, Təbriz Vəliyev idarə etdiyi nəqliyyat vasitəsini aşırıb.
Nəticədə özü və sərnişini Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Sərnişin 1985-ci il təvəllüdlü Zamir İsmayılov xəstəxanada vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb.