Böyük Britaniyanın məşhur "The Telegraph" nəşri Bakını Avropanın gizli xəzinəsi adlandırıb.
İnsanoid.com xəbər verir ki, məqalədə Bakının zəngin tarixi, qədim İpək Yolu mədəniyyəti və müasir memarlığı vurğulanıb.
Müəllif şəhərin köhnə karvansaralarından və Şirvanşahlar Sarayı kimi "memarlıq incisi" adlandırılan tarixi abidələrdən bəhs edib.
Məqalədə Azərbaycanın qədim şərabçılıq ənənələri və müstəqillikdən sonra dirçələn şərab sənayesi də xüsusi diqqət çəkib. İngiltərədən Bakıya həftədə altı birbaşa uçuşun mövcudluğu və şəhərin turistlər üçün rahat olması qeyd edilib.
"The Telegraph" Bakıdan hələ çox az turistin xəbərdar olduğunu vurğulayıb və bu möhtəşəm şəhəri kəşf etmək üçün ən doğru vaxtın indi olduğunu bildirib.
[gallery size="full" ids="205326,205328,205327"]