Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib.
İnsanoid.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Sakarya şəhərinin Adapazarı bölgəsində səhər saat 09:00 radələrində azərbaycanlı Şelale Mirzalıyeva silahlı hücuma məruz qalıb.
Marketə işləməyə gedən Mirzalıyevaya naməlum şəxs tərəfindən 5-6 dəfə atəş açılıb. Ağır yaralanan qadın Sakarya Təhsil və Araşdırma Xəstəxanasına çatdırılsa da, həyatını itirib. Polis hadisəni törədən 45 yaşlı Alaattin A.-nı Çamyolu Mahallesi ərazisində saxlayıb.
Məlum olub ki, Mirzalıyeva təxminən 8 ay əvvəl boşanıb və son 3 aydır Alaattin A. ilə münasibətdə olub.
Şübhəli ilkin ifadəsində son günlərdəki mübahisələr səbəbindən hadisəni törətdiyini bildirib. Emniyyətdəki prosedurları tamamlanan Alaattin A. məhkəməyə göndərilib.
![]()