Ağdamda kişi iş yerində yıxılaraq ölüb.
İnsanoid.com-un əldə etdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında baş verib.
Belə ki, Ağdam şəhərinin ərazisində yerləşən şirkətlərin birində işləyən Biləsuvar rayon sakini 1976-cı il təvəllüdlü Sabir Kərimov yıxılaraq dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.
Nəzrin Vahid