Azərbaycanda həkim əməliyyat zamanı doğum gününü qeyd edib.
İnsanoid.com xəbər verir ki, tibb işçisi bu barədə 183 min izləyicisi olan "Instagram" hesabında paylaşım edib.
"German Hospital"da işləyən cərrah mama-ginekoloq Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən sürprizlə qarşılaşıb.
Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb.
Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.