Dekabrın 29-da Bakı metropolitenində qatarlar iş günlərinə uyğun qrafiklə fəaliyyət göstərəcək.
İnsanoid.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC bildirib.
Bazar günü səhər 07:00-dan 10:00-dək, axşam isə saat 17:30-dan 19:30-dək “28 May-Əhmədli” xətlərində interval 2 dəqiqə, “28 May-Dərnəgül” və “28 May-İçərişəhər” xətlərində 4 dəqiqə təşkil edəcək. Bu iki xətt “28 May” stansiyasında birləşir.
Qeyd edilib ki, “Bakmil” istiqamətində hərəkət edən sərnişinlərdən iş günlərinin cədvəlinə uyğun hərəkət etmələri xahiş olunur.